AZ

İngiltərə Premyer Liqası: "Arsenal" səfərdən 3 xalla qayıdır

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

hakimiyyet.az xəbər verir ki, "Arsenal" səfərdə "Lester"lə qarşılaşıb.

"Topçular" matçın taleyini görüşün son 10 dəqiqəsində həll ediblər. Merino 81 və 87-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb və qonaqlara 3 xalı qazandırıb.

Hazırda London klubu 53 xal toplayaraq yarış cədvəlində 2-ci yerdə qərarlaşıb. Komanda lider "Liverpul"la xal fərqini 4-ə endirib, lakin mersisaydlıların ehtiyatda 1 oyunu var. "Lester" isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Aktivində 17 xalı olan klub turnir cədvəlində 18-ci yeri tutur.

Seçilən
69
1
hakimiyyet.az

2Mənbələr