PKK terror təşkilatının lideri Abdullah Öcalanın həbsinin 26-cı ildönümü ilə əlaqədar BMT-nin İrəvandakı ofisi qarşısında etiraz aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
PKK və onun Suriya qanadı YPG-nin bayraqları və Öcalanın portretlərini daşıyan aksiyaçılar İrəvanın mərkəzindən keçiblər.
Xatırladaq ki, PKK-nın qurucusu və lideri 1999-cu ildən Mərmərə dənizində yerləşən İmralı adasındakı həbsxanada ömürlük həbs cəzasını çəkir.