AZ

Azərbaycanda 7 qurum LƏĞV EDİLİR

Naxçıvan Muxtar Respublikasının 7 rayonunda fəaliyyət göstərən, yolların təmiri və istismarına cavabdeh olan qurumlar ləğv edilib.

Medianews.az Modern.az-a istinadla xəbər verir ki, “Şahbuz”, “Sədərək”, “Babək” və “Ordubad”, “Kəngərli”, “Şərur”, “Culfa” Yol Təmir İstismar MMC-ləri ləğv olunduqlarını elan ediblər.

Ləğvin səbəbləri açıqlanmayıb. MMC-lər ləğv prosesi ilə bağlı kreditorlara müraciət ediblər.

Qeyd edək ki, sözügedən MMC-lər əvvəllər Yol Təmir İstismar idarələri kimi fəaliyyət göstəriblər və ötən il təşkilati hüquqi formaları dəyişdirilib.

Seçilən
24
6
medianews.az

8Mənbələr