
ABŞ-nin sabiq prezidenti Barak Obama məşhur aktrisa Cennifer Enistonla eşq yaşaması iddialarına foto ilə cavab verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Obama dünən-Sevgililər Günündə həyat yoldaşı ilə birgə fotosunu paylaşıb.
“Otuz iki ildir birlikdəyik və hələ də nəfəsimi kəsirsən. Sevgililər Gününüz mübarək”, - fotoya başlıq yazıb.
Qeyd edək ki, bir müddət öncə Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında qeyri-qanuni eşq yaşandığı iddia olunurdu.
İddialardan sonra Eniston bu söhbətləri rədd etmişdi. Məşhur aktrisa “Bu, qətiyyən doğru deyil. Mən onunla cəmi bir dəfə görüşdüm. Mişeli ondan daha çox tanıyıram”, - deyib.

