AZ

Azərbaycanın 15 atıcısı Avropa çempionatında - HEYƏT

Atıcılıq üzrə Azərbaycan millisinin 10 m məsafədən atəş açmaq üzrə Avropa çempionatı üçün heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamızın 15 snayperi Xorvatiyanın Osiyek şəhərindəki yarış üçün sifariş edilib.

Martın 7-13-də keçiriləcək çempionatda Nəzrin Abbaslı, Xanna Əliyeva, Leyli Əliyeva, Nigar Nəsirova, Zeynəb Sultanova, Elvin Astanov, Vladislav Kalmıkov və Ruslan Lunyov tapançadan atəş açacaq. Aynur Mahmudova, Nigar Ramazanova, Nuranə Əliyeva, Jalə Bayramova, Əliməmməd Hüseynov, Ramiz Xəlilov və Üzeyir Tapdıqlı isə tüfənglə dəqiqliklərini yoxlayacaq.

Qeyd edək ki, martın 1-7-də keçiriləcək gənclərin qitə çempionatında 7 snayperimiz - Xalidə Əliyeva, Leyli Əliyeva, Sofya Barkalova, Əminə Ömərov, Vladislav Kalmıkov, İmran Qarayev və Hacı Musayev tapançadan atəş açmada mübarizə aparacaq.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr