AZ

Misli Premyer Liqasında 23-cü tura start veriləcək

Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.

 

Sfera.az xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda "Sumqayıt" öz meydanında "Zirə"ni qəbul edəcək.

 

Hazırda "Zirə" 39 xalla üçüncü, "Sumqayıt" isə 22 xalla yeddinci pillədə qərarlaşıb.

 

Kubok da nəzərə alınsa, "Gənclik şəhəri"nin təmsilçisi 7 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də "Neftçi" ilə matçda fərqlənib və qələbə qazanıb.

 

Cari mövsüm bu komandaların qarşıdurmasında "Zirə"nin üstünlüyü var. Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovun komandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib.

 

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.

 

Misli Premyer Liqası

 

3-cü dövrə, 23-cü tur

 

15 fevral

 

19:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

16 fevral

 

16:00. "Turan Tovuz" - "Araz-Naxçıvan"

 

19:00. "Neftçi" - "Qarabağ"

 

17 fevral

 

16:00. "Kəpəz" - "Şamaxı"

 

19:00. "Səbail" - "Sabah"

 

Bombardirlər:

 

Leandro Anderade ("Qarabağ") - 9 qol

 

Coy-Lens Mikels ("Sabah") - 8 qol

 

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

 

Davit Volkov ("Zirə") - 8 qol

 

Cesse Sekidika ("Sabah") - 8 qol

 

Pavol Şafranko ("Sabah") - 7 qol

 

Seçilən
11
6
sfera.az

8Mənbələr