Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 5 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.
Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.