Azərbaycan Prezidenti İlham Əliyev Suriya Prezidenti Əhməd Şəraanı yeni vəzifəsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, İlham Əliyev Şəraaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
''Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.
Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta