AZ

Ceyhun Bayramov Münxendə Hakan Fidanla görüşüb -YENİLƏNİB

Ceyhun Bayramov Münxendə Hakan Fidanla görüşüb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım olunub.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.

Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Seçilən
40
50
operativmedia.az

10Mənbələr