Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti bildirib.
“Nazirimiz Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla görüşüb”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.