AZ

Bakının məşhur restoranlarında xəngəl setləri – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR

Hava şəraitində baş verən dəyişiklik geyimlə bərabər, həm də fəslə uyğun qida dəyişikliyini də şərtləndirir. Hava soyuqdursa, deməli əsl xəngəl havasıdır.

Azərbaycan mətbəxində bir neçə yemək o cümlədən xəngəl artıq ənənəvi xörəkdən əlavə həm də bir görüş ənənəsinə çevirilib. Nəticədə iaşə sektorundakı diribaş iş adamları isə bundan istifadə edərək xəngəl süfrəsini ciddi biznesə çevirməyi bacarıblar. 

Bakının məşhur restoranlarında xaş setləri – SİYAHI, ÜNVANLAR, QİYMƏTLƏR

 Fəslin qlobal, ictimaiyyətin aktual reallığını, eyni zamanda həftə sonu olduğunu nəzərə alıb, Bakıda fəaliyyət göstərən və xəngəli ilə məşhur olan restoranlardan xəngəl setləri və qiymətləri ilə bağlı məlumat aldıq. Qiymətlər və setlər bir-birindən fərqlənir. Bəs görəsən, bu xəngəl restoranlarında iki nəfərin havanın reallığına uyğun yeyib-içməyi neçəyə başa gələr?

FED.az paytaxğın bəzi tanınmış restoranlarında xəngəl seti və qiymətlərini təqdim edir:

Xəngəl Station

Ünvan: Səbail rayonu, Nizami küçəsi 86

  • 2 nəfərlik set - 26,90 AZN: 2 yayma xəngəl, 8 suda bişmiş gürcü xəngəli, 4 qızardılmış gürcü xəngəli, turşu, süzmə, qatıq, duşes və acika
  • 3 nəfərlik set - 33,90 AZN: 3 yayma xəngəl, 9 suda bişmiş gürcü xəngəli, 6 qızardılmış gürcü xəngəli, turşu assorti, qatıq, duşes və acika
  • 4 nəfərlik set - 44,90 AZN: 4 yayma xəngəl, 10 suda bişmiş gürcü xəngəli, 5 qızardılmış gürcü xəngəli, çaçaşuli, turşu assorti, 2 qatıq, 2 duşes və acika

Bahçe Baku

Ünvan: Xətai metrosunun yaxınlığında, Nəcəfqulu Rəfiyev 25A

  • 2 nəfərlik set - 22 AZN: 2 yayma xəngəl, 6 suda bişmiş gürcü xəngəli, turşu, pendir, tərəvəz salatı, qatıq, kampot və acika. Xəngəl yalnız set şəklində təqdim olunur.

Saxsı Restoranı

Ünvan: İçərişəhər, M.Hüseyn 94

  • 2 nəfərlik set - 19,90 AZN: 2 yarpaq xəngəli, 10 gürcü xəngəli, duşes, turşu, acika və qatıq
  • 2 nəfərlik klassik gürcü seti - 20 AZN: 20 gürcü xəngəli, duşes, turşu və acika
  • 2 nəfərlik qarışıq gürcü seti - 20 AZN: 10 suda bişmiş gürcü xəngəli, 10 qızardılmış gürcü xəngəli, duşes, acika və qatıq

Zil Restoranı

Ünvan: Q.Qarayev mst., Tofiq Abbasov 132

  • 2 nəfərlik set - 33 AZN: 2 yayma xəngəl, 8 qızardılmış gürzə, 8 gürcü soyutma, qatıq, turşu xiyar, turşu kələm, alça turşusu, badımcan turşusu, acika, süzmə, qurut, duşes
  • 4 nəfərlik set - 55 AZN: 4 yayma xəngəl, 16 qızardılmış gürzə, 16 gürcü soyutma, qatıq, turşu xiyar, turşu kələm, alça turşusu, badımcan turşusu, acika, süzmə, qurut, 2 duşes

Old Baku

Ünvan: İçərişəhər, Qoşa Qala Qüllə 20/22

  • 2 nəfərlik set - 17,90 AZN: 2 yarpaq xəngəli, 10 gürcü xəngəli, duşes, qatıq, acika, assorti turşu, assorti tərəvəz və çörək
  • 2 nəfərlik gürcü xəngəli seti - 20,90 AZN: 20 gürcü xəngəli, assorti turşu, assorti tərəvəz, acika, duşes, qatıq və çörək

Xəngəlation

Ünvan: İstiqlaliyyət küçəsi 65a

  • 2 nəfərlik set - 29,90 AZN: 2 yayma xəngəl, 5 suda bişmiş gürcü xəngəli, 5 qızardılmış gürcü xəngəli, turşu assorti, acika, qatıq və duşes
  • 3 nəfərlik set - 39,90 AZN: 3 yayma xəngəl, 6 suda bişmiş gürcü xəngəli, 6 qızardılmış gürcü xəngəli, turşu assorti, acika, 3 qatıq və duşes
  • 4 nəfərlik set - 59,90 AZN: 4 yayma xəngəl, 10 suda bişmiş gürcü xəngəli, 10 qızardılmış gürcü xəngəli, turşu assorti, 2 acika, 4 qatıq və 2 duşes

Nərgiz Restoranı

Ünvan: Tərlan Aliyarbəyov 9

  • 2 nəfərlik set - 29,90 AZN: 2 yarpaq xəngəli, 5 suda bişmiş gürcü xəngəli, xaçapuri manqal, duşes, qatıq, acika və turşu assorti

XəngəLand

Ünvan: Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5

  • 2 nəfərlik set - 28,90 AZN: 2 pors yayma xəngəl, 10 gürcü xəngəli, duşes, acika, turşu assorti və qatıq
  • 4 nəfərlik set - 57,80 AZN: 4 yayma xəngəl, 20 gürcü xəngəli, 2 acika, 2 qatıq, 2 turşu assorti, duşes

Khingalchi

Ünvan: Əlövsət Quliyev 142

  • 2 nəfərlik set - 23 AZN: 2 pors yarpaq xəngəli, 5 qızardılmış gürcü xəngəli, 5 suda bişmiş gürcü xəngəli, duşes, acika, qarışıq turşu və qatıq

Ab-Hava Greentone Restoran

Ünvan: Xətai rayonu, Neapol dairəsi

  • 2 nəfərlik set - 25,90 AZN: 2 pors yarpaq xəngəli, 10 gürcü xəngəli, 5 qızardılmış gürcü xəngəli, turşu assorti, 2 qatıq və limonad

Bürc Qala Restoran

Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi 15

  • 2 nəfərlik set - 22 AZN: 2 yarpaq xəngəli, turşu assorti, bürc salatı, qatıq, acika və içki
  • 2 nəfərlik qarışıq set - 28 AZN: 2 yarpaq xəngəli, turşu assorti, bürc salatı, qatıq, acika, içki və 8 gürcü xəngəli
  • 2 nəfərlik qızardılmış gürcü xəngəli seti - 28 AZN: 8 qızardılmış gürcü xəngəli, turşu assorti, bürc salatı, qatıq, acika və içki

Mama Meri

Ünvan: Həsənoğlu 4A, Heydər Əliyev Mərkəzinin arxası

  • 2 nəfərlik set - 27 AZN: 2 pors yarpaq xəngəli, 10 suda bişmiş gürcü xəngəli, 2 ət qutabı, qarışıq turşu, acika, qatıq və gürcü limonadı
  • 2 nəfərlik özəl gürcü seti - 33 AZN: 2 pors sup xarço, 2 pors yarpaq xəngəli, 4 ədəd qızardılmış və suda bişmiş gürcü xəngəli, 1 pors gürzə, 1 pors gürcü salatı, 1 pors naduqi pendiri, turşu və gürcü limonadı

Xəngəl Manqal

Ünvan: Əhmədlidə, Sarayevo 12

  • 2 nəfərlik set - 18,90 AZN: 2 pors yayma xəngəli, 8 qızardılmış gürcü xəngəli, 4 suda bişmiş gürcü xəngəli, turşu assorti, 1 qatıq, 2 acika, 1 gürcü salatı

Xəngəlove İçərişəhər

Ünvan: İçərişəhər, İstiqlaliyyət küçəsi 51

  • 2 nəfərlik set - 22,90 AZN: 2 pors yayma xəngəli, 10 suda bişmiş gürcü xəngəli, assorti turşu, qatıq, acika
  • 2 nəfərlik set - 24,90 AZN: 10 suda bişmiş gürcü xəngəli, 10 qızardılmış gürcü xəngəli, assorti turşu, qatıq, acika, duşes
  • 4 nəfərlik xəngəl seti - 37,90 AZN: 4 pors yayma xəngəli, 8 sadə gürcü xəngəli, 8 qızardılmış gürcü xəngəli, assorti turşu, acika, qatıq, duşes

La Kükü

Ünvan: İçərişəhər, Filarmoniya bağı

  • 2 nəfərlik set - 33,80 AZN: 2 pors yayma xəngəli, 10 suda bişmiş gürcü xəngəli, tərəvəz assorti, assorti turşu, qatıq, acika, 1 l kompot

Saraclı Restoranı

Ünvan: 20 Yanvar küçəsi, ev 28

  • 2 nəfərlik set - 26,20 AZN: 10 suda bişmiş gürcü xəngəli, acika, assorti turşu, Natakhtari duşesi, 2 yarım pors yayma xəngəli

Buta Restoranı

Ünvan: Dilarə Əliyeva 216

  • 2 nəfərlik set - 25,00 AZN: 2 yarpaq xəngəli, 5 suda bişmiş gürcü xəngəli, 5 qızardılmış gürcü xəngəli, assorti turşu, acika, qatıq, qurut

Xəngəl №1

Ünvan: Xəqani küçəsi 1, Xəqani Ticarət Mərkəzi, 3-cü mərtəbə

  • 3 nəfərlik set - 29,90 AZN: 3 yayma xəngəli, 12 suda bişmiş gürcü xəngəli, assorti turşu, tərəvəz assorti, acika, qatıq, limonad
  • 4 nəfərlik set - 39,90 AZN: 4 yayma xəngəli, 20 suda bişmiş gürcü xəngəli, 1 assorti turşu, 1 tərəvəz assorti, 2 acika, 2 qatıq, 1 limonad

Quzu Təndir & Kabab

Ünvan: Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 2 (ARB kanalının yanı)

  • 2 nəfərlik set - 23,00 AZN: 2 yayma xəngəli, 10 suda bişmiş gürcü xəngəli, assorti turşu, tərəvəz assorti, acika, qatıq, limonad

Rustaveli

Ünvan:  Nazim Hacıyev 20

  • 2 nəfərlik set - 45,00 AZN: 6 sadə gürcü xəngəli, 4 qızardılmış gürcü xəngəli, 2 xarço şorbası, 2 çeburek, assorti turşu, meqruli xaçapuri, gürcüsayağı təzə salat, acika, qatıq, 1 limonad, 1 qazlı-qazsız su
  • 4 nəfərlik set - 65,00 AZN: 12 sadə gürcü xəngəli, 8 qızardılmış gürcü xəngəli, 4 xarço şorbası, 4 çeburek, assorti turşu, meqruli xaçapuri, gürcüsayağı təzə salat, acika, qatıq, 1 limonad, qazlı-qazsız su
Seçilən
6
1
fed.az

2Mənbələr