Binəqədi rayonu ərazisindəki mağazalarda quraşdırılan və içərisində 5 400 manat maddi vəsait olan iki ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Son Yazılar:
- Ağstafada 4 nəfər dəm qazından zəhərləndi
- Şəkidə yol qəzası baş verdi, ölən və yaralananlar var
- Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə ETDİ
Faktla bağlı araşdırma aparılır.