AZ

Jirinovskinin 2017-dəki pronozu: Nə demişdisə, oldu!

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin daha bir proqnozu yayımlanıb.

Hurriyyet.az Globalinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov paylaşım edib. O, Jirinovskinin 12 dekabr 2017-ci il tarixli qeydlərini bölüşüb.

“Avropa Adolf Hitleri SSRİ-yə qarşı doldurdu, amma o, məhz bu bölgəni qana boyadı. İndi Qərb Ukraynanı Rusiyaya qarşı döyüşmək üçün dəstəkləyir. Lakin Kiyevdə canlanan nasizm Avropanın özünə zərər vuracaq”, - deyə LDPR lideri vaxtikən bildirib.

Çernışov son hadisələr fonunda bunu dərc etmək qərarına gəldiyini vurğulayıb:

“2017-ci ildə yazılıb, amma indiki vəziyyətlə uzlaşır. Bu, öncəgörmə deyil, dövrümüzün ən böyük şəxslərdən birinin sərt və doğru proqnozudur”.

Seçilən
16
2
hurriyyet.az

3Mənbələr