AZ

İbrahim Kalın dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir DEYİB

Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir.

Xezerxeber.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Almaniyada Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.

O bildirib ki, belə bir vəziyyətdə Türkiyə kəşfiyyatı işini sürətlə davam etdirir: “Terrorla mübarizə, qanunsuz miqrasiya, kibertəhlükəsizlik kimi sahələrdə də işlərimizi davam etdiririk”.

İ. Kalın qeyd edib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm də Rusiya – Ukrayna müharibəsi Türkiyəyə birbaşa təsir edir: “Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh vacibdir. Bu mənada Rusiya – Ukrayna savaşına danışıqlar yolu ilə son qoyulmalıdır”.

Türkiyə kəşfiyyatının başçısı həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyinə diqqət çəkib: “Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir”.

Seçilən
80
10
xezerxeber.az

10Mənbələr