AZ

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib (FOTO)

Bakı. Trend:

15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransındaiştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri EmilHurezeanu ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan və Rumıniya arasında mövcud stratejitərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habeləregional və beynəlxalq gündəlikdə duran mövzular müzakirəolunub.

Nazir Ceyhun Bayramov Emil Hurezeanunun Rumıniyanın xarici işlərnaziri vəzifəsinə təyin olunması münasibətilə səmimi təbrikləriniçatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinəçatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasidialoqun əhəmiyyəti və rolu qeyd olunub. Münasibətlərin daha yüksəksəviyyəyə qaldırılmasına hazırlıq ifadə olunub.

Azərbaycan və Rumıniya arasında iqtisadiyyat, enerji, ticarət,humanitar, təhsil, kənd təsərrüfatı, turizm və s. istiqamətlərdəəməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirəolunub.

Xüsusilə, yaşıl enerji sahəsindəki tərəfdaşlığın əhəmiyyətivurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərdə, xüsusilə“Orta Dəhliz” üzrə əməkdaşlığın inkişafının əməkdaşlığımıza əlavətöhfə verə biləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin bölgəmizdə postmünaqişə dövründə mövcudvəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesininperspektivləri müzakirə edilib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.

Ceyhun
Ceyhun
Ceyhun
Seçilən
59
8
az.trend.az

9Mənbələr