AZ

“Güləbird” SES-də 69,9 milyon kVt/saat elektrik enerjisi istehsal olunub

Energetika Nazirliyi “Güləbird” su elektrik stansiyasında (SES) 4 ildə istehsal edilən elektrik enerjisinin həcmini açıqlayıb.

Məlumatda qeyd edilir ki, işğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik SES-də istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 69,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bildirilir ki, ümumi gücü 8 meqavat olan basqılı derivasiya tipli stansiya 4 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Digər kiçik su elektrik stansiyalarında olduğu kimi, burada da ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

 

Seçilən
7
6
xalqqazeti.az

7Mənbələr