AZ

Yanvarda bahalaşma və ucuzlaşma

Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, bu ilin yanvar ayında inflyasiya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz təşkil edib.

Bildirilib ki, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 faiz artıb. Bu göstərici qeyri-qida malları üzrə 0,3 faiz təşkil edib. Qeyri-qida məhsullarından bahalaşma kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Hesabat dövründə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri dekabr ayına nisbətən 2 faiz artıb. Bahalaşma istilik, elektrik enerjisi, təbii qaz təchizatı və mənzillərin kirayə verilməsi xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Seçilən
93
8
xalqqazeti.az

10Mənbələr