AZ

Premyer Liqa: “Arsenal” 2, MS 4 cavabsız qolla qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə yeddi qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Aston Villa” – “İpsviç Taun” matçında tərəflər hərəyə 1 xalla kifayətləniblər. “Fulhem” uğurlu mövsüm keçirən “Nottingem Forest”i bu dəfə məğlub yola salıb. “Sauthempton” evdə “Bornmut”a, “Vest Hem” “Brentford”a, “Kristal Pelas” isə “Everton”a uduzub.

Səfərdə “Lester Siti” ilə qarşılaşan “Arsenal” turu inamlı qələbə ilə başa vurub. Son çempion “Mançester Siti” isə “Nyukasl”la ev oyununda darmadağına sevinib.

25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
25-ci tur
14 fevral

Brayton – Çelsi 3:0
Qollar: Mitoma, 27. Minteh, 38; 63.

15 fevral

Lester Siti – Arsenal 0:2
Qollar: M.Merino, 81; 87.

Aston Villa – İpsviç Taun 1:1
Qollar: O.Uotkins, 69 – Delap, 56.

Fulhem – Nottingem Forest 2:1
Qollar: Smit Rou, 15. Bassi, 62 – Vud, 37.

Mançester Siti – Nyukasl 4:0
Qollar: Marmuş, 19; 24; 33. Makate, 84.

Sauthempton – Bornmut 1:3
Qollar: Sulemana, 72 – Uattara, 14. Kristi, 16. Tavernye, 83.

Vest Hem – Brentford 0:1
Qol: Şade, 4.

Kristal Pelas – Everton 1:2
Qollar Mateta, 47 – Beto, 42. K.Alkaras, 80.

16 fevral

18:00. Liverpul – Vulverhempton
20:30. Tottenhem – Mançester Yunayted

Seçilən
40
2
arena.az

3Mənbələr