AZ

Prezident Administrasiyasının keçmiş şöbə müdirinin rəssam qızı vəfat etdi

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.

Heftelik.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə,  onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.

M.Ələkbərli rəssam idi. Onun Azərbayanda və dünyanın bir neçə ölkəsində sərgiləri keçirilib.
2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.
Xatırldaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.
Seçilən
88
8
heftelik.az

10Mənbələr