AZ

“Qəbələ”də oynadı, 31 yaşında meydanla VİDALAŞDI

“Qəbələ”nin sabiq futbolçusu Abdelrafik Gerard karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçi özü məlumat verib.

O, ölkəsinin mətbuatına açıqlamasında 31 yaşında futbolçu karyerasını bitirmək qərarına gəldiyini bildirib.

Mövsümün əvvəlindən klubsuz qalan Gerard sərfəli təklif almayınca, bu addımı atmalı olub. Sabiq “Qəbələ”li bundan sonra məşqçi kimi fəaliyyət göstərmək arzusundadır.

Abdelrafik Gerard 2020-ci ilin ilk 6 ayında “Qəbələ”nin formasını geyinib.

Seçilən
40
sportinfo.az

1Mənbələr