AZ

A Seriyası: Lider Romada xal itirdi, “Milan” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Atalanta” – “Kalyari” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Latsio” – “Napoli” matçında da qalib müəyyənləşməyib və lider olan Neapol təmsilçisi vacib xallar itirib.

“Milan” isə doğma meydanda qarşılaşdığı “Verona”nı tək qolla üstələyib.

25-ci turun qalan görüşləri fevralın 16-da və 17-də keçiriləcək.

İtaliya, A Seriyası
25-ci tur
14 fevral

Bolonya – Torino 3:2
Qollar: Ndoye, 20; 70-pen. Biraqi, 90 – Vlaşiç, 37. E.Elmas, 65.

15 fevral

Atalanta – Kalyari 0:0

Latsio – Napoli 2:2
Qollar: İsaksen, 6. Dia, 87 – Raspadori, 13. Maruşiç, 64-öz qapısına.

Milan – Verona 1:0
Qol: S.Ximenes, 75.

16 fevral

15:30. Fiorentina – Komo
18:00. Montsa – Leççe
18:00. Udineze – Empoli
21:00. Parma – Roma
23:45. Yuventus – İnter

17 fevral

23:45. Cenoa – Venesiya

Seçilən
32
arena.az

1Mənbələr