AZ

Özbək tələbələr təcrübə keçəcək

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasındakı razılığa əsasən, bu ali təhsil ocağının tələbələri Mərkəzdə təcrübə keçəcəklər.

Layihə çərçivəsində tələbələr Azərbaycan dili kurslarında iştirak edəcək, eyni zamanda, müxtəlif mədəni tədbirlərin təşkilinə qoşularaq bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olacaq, milli-mədəni irsimizi dərindən öyrənəcəklər.

Bu layihə tələbələr üçün həm akademik, həm də praktiki biliklər əldə etmək baxımından böyük fürsətdir. Azərbaycan dilinin Özbəkistanda öyrənilməsi iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Gələcəkdə belə proqramların davamlı olması və daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Seçilən
13
1
xalqqazeti.az

4Mənbələr