AZ

Ceyhun Bayramov Hakan Fidanla görüşüb - YENİLƏNİB

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə “Demokratikmusavat.com ”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüş Münxen Təhlükəsizlik Konfransında çərçivəsində baş tutub.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
84
8
Demokratikmusavat.com

10Mənbələr