“Kahtalı Miçe” ləqəbli türkiyəli müğənni Mustafa Kahtalı vəfat edib.
Demokratikmusavat.com xəbər verir ki, ifaçı 74 yaşında Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni ömrünün son 4 ayını xəstəxanda keçirməli olub.
Qeyd edək ki, Kahtalı 57 illik karyerasında 19 albom çıxarıb. 5 il əvvəl məhkəmə qərarı ilə soyadını "Aslan"dan "Kahtalı"ya dəyişib. Onun 4 övladı var.(Yenisabah.az)