Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb. Bu barədə Xəzər TV məlumat yayıb.
Məlumatda bildirilir ki, 41 yaşlı Cəmalə Quliyevanın həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edilir ki, Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.