Belarusun paytaxtı Minskdə sərbəst güləş üzə 3 qat Olimpiya çempionu Aleksandr Medvedin xatirə turniri keçirilib.
İdman.biz xəbər verir ki, fevralın 13-də start götürən yarışa bu gün yekun vurulub.
Memorialda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 güləşçi təmsil edib. Milli üzvləri 1 gümüş və 2 bürünc medal qazanıb.
Turan Bayramovla Qadjimurad Omarov (hər ikisi 74 kq) yarımfinala yüksəliblər. Olimpiadadan sonra ilk yarışına çıxan Bayramov belaruslu Nikita Dmitriyevlə qazaxıstanlı Erbarıs Satıbaldın üzərində 8:0 hesablı qələbə qazanıb. Omarov isə rusiyalı İmam Qanişovla (6:1) belaruslu Yeqor Akuliniçi (6:3) üstələyib. Turan finalın bir addımlığında rusiyalı İnalbek Şeriyevə 2:5 hesabıyla uduzub. Qadjimurad türkiyəli Fazlı Eryılmazdan güclü olub – 6:3. Bayramov rusiyalı Kantemir Senova 3:2 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb. Omarov isə finalda Şeriyevə məğlub olaraq (3:11) gümüş medal əldə edib.
Şamil Zubairov (92 kq) 1/8 finalda rusiyalı Mustafaqadji Malaçdibirova 4:6 hesabıyla ufuzsa da, təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuka (13:1), bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Abdulla Qamzatova (4:3) qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Əfqan Xaşalov (57 kq) Musa Ağayev (65 kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) yarışı medalsız başa vurub.
İdman.biz