AZ

Cüdoçularımızdan Avropa Kubokunda 6 medal

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

Apasport.az xəbər verir ki, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.

Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb

3 cüdoçumuz bürünc üçün tatamiyə çıxacaq

Yeniyetmə cüdoçularımız Avropa Kubokunda yarışacaqlar

"Böyük Dəbilqə" turniri bu gün başlayır

“Böyük Dəbilqə”yə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub

Seçilən
19
19
apasport.az

10Mənbələr