Təxminən 30 il ərzində müasir həyata hakim olan smartfonlar sadə ünsiyyət vasitəsindən işdən əyləncəyə qədər hər şeyi idarə edən güclü cihaza çevrilib. Lakin bir müddət sonra bu qadcetlər artıq düşünüldüyü qədər zəruri olmaya bilər.
Turkustan.az xəbər verir ki,bu cür cəsarətli bəyanatla "Meta" rəhbəri Mark Zukerberq çıxış edib.
O, 10 ildən az müddətdə insanların rəqəmsal məlumatlara əsas giriş üsulu kimi smarteynəklərin smartfonları əvəz edəcəyini proqnozlaşdırıb.
"Meta" qurucusu bildirib ki, o, insanların cihazı cibindən çıxarmadan rəqəmsal kontentlə qarşılıqlı əlaqədə olduğu bir dünya təsəvvür edir. İdeya sadədir: telefon ekranına baxmaq əvəzinə, rəqəmsal məlumat real vaxt rejimində real dünyaya əlavə olunacaq.
Ekspertlər bunun, sadəcə, uzaq bir xəyal olmadığını deyirlər. Belə ki, "Meta" və "Apple" artıq AR (artırılmış reallıq) cihazlarına milyardlarla investisiya qoyublar. "Apple"ın "Vision Pro"su şirkətin smartfonlardan kənara çıxmaq planının göstəricisidir, "Meta" isə smarteynəkləri əsas axına çevirməyə cəhd edir./Oxu.az/