AZ

Bakıda bu gün 14 dərəcə isti olacaq

Respublika ərazisində bu gün əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 1-6° isti, gündüz 9-14° isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Fevralın 16-17-də paytaxt zonasında və bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bizim.Media

Seçilən
139
4
bizim.media

10Mənbələr