AZ

Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı 48 264 nəfərə çatıb.

Qəzza sektorunda dağıntılar altından daha 25 nəfərin meyiti çıxarılıb.

Operativ Media xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da Qəzzada ölənlərin sayı 48 264 nəfərə çatıb.

Son 48 saatda xəstəxanalara 12 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 688 nəfərə çatıb.

Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.

Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Seçilən
17
20
operativmedia.az

10Mənbələr