AZ

Qvardiola Xusanovu təriflədi

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın özbəksitanlı yeni transferi Abdukodir Xusanov haqqından danışıb.

QOL.az xəbər verir ki, 20 yaşlı müdafiəçi ötən gün İngiltərə Premyer Liqasının 25-ci turunda "Nyukasl"a qalib gəldikləri (4:0) görüşdə 90 dəqiqə myedanda olub.

Qvardiola görüşdə sonra verdiyi açıqlamada Xusanovun oyununu bəyəndiyini bildirib: "Xusanovun məhz hücuma keçiddəki sürətinə görə almışıq. O, çox sürətlidir. Bundan başqa, Abdukodir təkbətək mübarizələrdə çox aqressivdir. O, hələ də uyğunlaşır, amma hər şeyi öyrənməsi an məsələsidir”.

Xatırladaq ki, gənc futbolçu yanvarda transfer olunduqdan sonra yeni klubunda bütün turnirlərdə 3 oyun keçirib və 1 qol vurub.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr