AZ

Zamiq oynadı, komandası qazandı

Albaniyada ölkə çempionatının 25-ci turunun bir sıra oyunları keçirilib.

“Football-plus.az” xəbər verir ki, millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” “Partizani” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əliyev bütün oyunu meydanda keçirib. Hazırda "Eqnatiya" 48 xalla liderliyini davam etdirir.

Seçilən
10
1
football-plus.az

2Mənbələr