Mərhum aktyor Azər Baxşəliyevin 2 yaşlı qızı Züleyxaya maşın hədiyyə olunub. Manset.az xəbər verir ki, ARB-də yayımlanan “5 üz” verilişinin finalı Azərə həsr olunub. Aparıcı Elşən Orucov finalın qalibinin də Züleyxa olduğunu və avtomobilin ona əmilərinin - E. Orucov, İlkin Həsəni, Nicat Rəhimov, Elçin Cəfərov və Azərin digər dostlarının adından təqdim olunacağını deyib. Elşən həmçinin ARB-nin rəhbərliyinə də təşəkkür edib. Verilişdən sonra onlar maşını Züleyxaya aparıb.