AZ

Rəsulov erməni şahmatçısını məğlub edərək liderliyi möhkəmləndirib

Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən "Xəzər dənizi kuboku" (“Caspian Sea Cup”) beynəlxalq turnirində liderliyini möhkəmləndirib.

İdman.biz xəbər verir ki, o, altıncı turda Levon Babucyana (Ermənistan) qalib gələrək qələbə seriyasını davam etdirib.

Qrossmeysterimiz 6 xal toplayıb və ən yaxın izləyicilərini bir xal qabaqlayaraq, turnir cədvəlinin vahid lideridir.

Yarışda 15 ölkədən 116 şahmatçı iştirak edir.

İdman.biz

Seçilən
27
idman.biz

1Mənbələr