Çin hakimiyyəti Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı fəaliyyət potensialını görməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə deyib.
"Çin xoşagəlməz amilləri aradan qaldırmaq, ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək üçün Ukrayna tərəfi ilə işləməyə hazırdır", - çinli diplomat qeyd edib.
Van Yi Pekin və Kiyev arasında dostluq əlaqələrinin saxlanılması üçün ənənəvi əsasın mövcudluğuna işarə edib. O, xatırladıb ki, 2011-ci ildə Çin və Ukrayna strateji tərəfdaşlıq elan ediblər. Çinli diplomat iki ölkə arasında münasibətlərin inkişafının normal olduğunu bildirib.