Co Bayden administrasiyasının İsrailə tədarükünə qadağa qoyduğu ağır MK-84 bombaları daşıyan ilk gəmi də gecə saatlarında Aşdod limanına gəlib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Gəmidən boşaldılan bombalar yük maşınları ilə İsrail aviabazasına daşınıb.
Müdafiə naziri Israel Katz bunun İsrail və ABŞ arasında güclü müttəfiqliyin növbəti sübutu kimi dəyərləndirib və bu qərara görə Donald Tramp administrasiyasına təşəkkür edib.