Rusiyanın Saxalin vilayətində 4,1 maqnitudalı zəlzələ baş verib.
Teleqraf “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidməti məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Malokurilskoye kəndindən 35 km şərqdə yerləşib. Yeraltı təkanların ocağı 46 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.