AZ

Bellinqem 12 oyunluq cəzalana bilər

"Real"ın futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.

“İki sahil” xəbər verir ki,  La Liqanın 24-cü turunda "Osasuna" ilə matçda (1:1) baş hakimi təhqir edən ingiltərəli yarımmüdafiəçi birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

"Marca"nın məlumatına görə, bu səbəbdən futbolçu ağır cəza ilə üz-üzədir. La Liqa qaydalarına əsasən, baş hakimi təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsü "Real"da 33 oyunda 11 qol vurub, 10 qol ötürməsi edib.

Seçilən
22
1
ikisahil.az

2Mənbələr