AZ

Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviareysləri bərpa olundu - YENİLƏNİB

Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslər bərpa olunub.

Bu barədə AZAL-dan bildirilib.

Qeyd edilib ki, hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir.

10:40
 
Naxçıvan-Bakı reysində yubanma var.
 
Naxçıvan Muxtar Respublikasında dumanlı hava şəraiti səbəbindən bu gün Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçan təyyarələrin hərəkətində gecikmə yaranıb.
 
Naxçıvan Beynəlxalq Hava Limanında gözləyən sərnişinlərə reyslərin gecikməsi ilə əlaqədar operativ məlumat verilir.
 
Seçilən
48
9
moderator.az

10Mənbələr