AZ

Avropa Rusiyaya qarşı vahid ordu yaradır?

“Avropa ölkələri Rusiyanın təhdidlərinə cavab olaraq vahid ordu yaratmayacaq”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Bundan əvvəl Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ordusunun yaradılmasına çağırıb. O, qitənin artıq ABŞ-nin himayəsinə arxalana bilməyəcəyini və yalnız güclü ordu ilə Vaşinqtonun hörmətini qazanacağını deyib.

Sikorski “TVP World”-a Avropa ordusunun yaradılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib:

“Biz bu terminlə diqqətli olmalıyıq, çünki insanlar fərqli şeyləri başa düşürlər”.

“Bununla milli orduların birləşməsini nəzərdə tutursunuzsa, bu baş verməyəcək. Amma mən Avropanın, Avropa İttifaqının öz müdafiə qabiliyyətini inkişaf etdirməsinin tərəfdarı idim”, - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının hazırda gücləndirilmiş briqada formalaşdırır.

Sikorski "ABŞ bizim müdafiə imkanlarımızı gücləndirməyimizi istəyirsə, onun milli komponenti, NATO komponenti olmalıdır, lakin məncə, onun Avropa AB komponenti, istehsal imkanlarımızı artırmaq üçün müdafiə sənayesi üçün Aİ-nin subsidiyaları və adına layiq ordusu olmalıdır",-deyib.

O təkrar edib ki, Polşa qoşunlarının Ukrayna ərazisində olması nəzərə alınmayıb, çünki Polşanın NATO qarşısında vəzifəsi şərq cinahını, yəni öz ərazisini qorumaqdır.

Seçilən
57
cebheinfo.az

1Mənbələr