AZ

Azadlıq prospekti istiqamətində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Bakının Nəsimi rayonunun Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə hafta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılması səbəbindən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb", - deyə bildirilib.

*** 12:26

Paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Seçilən
57
33
hafta.az

10Mənbələr