Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılması səbəbindən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.