AZ

Bakıda “Sehrbazlar dərəsi”nin premyerası keçirildi

Fevralın 15-də Akademik Milli Dram Teatrında xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Kult.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova (Pərnisə), əməkdar artist Mətanət Atakişiyeva (Qarı), xalq artisti Əli Nur (Seyid Sarı), xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş) çıxış edib.

Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

Tamaşanın növbəti nümayişi 16-27 fevral tarixlərində olacaq.

Seçilən
49
6
axar.az

10Mənbələr