Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.