AZ

Kreml Putin-Tramp söhbətini 3 sözlə belə TƏSVİR ETDİ

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı ilə amerikalı həmkarı Donald Tramp arasında son danışıqlardan danışıb.

Peskov onların söhbətini üç sözlə təsvir edib.

“Cebheinfo.az” xəbər verir ki, o, jurnalist Pavel Zarubinlə söhbətində müvafiq şərhi verib.

"Konstruktiv, məhsuldar, xoşniyyətli", - Peskov deyib.

Eyni zamanda, jurnalistin söhbətin hər iki tərəfdən səmimi olub-olmaması ilə bağlı sualına Kremlin rəsmi nümayəndəsi müsbət cavab verib.

Bundan əvvəl Peskov Rusiya və ABŞ arasında işgüzar əlaqələrin yaxın həftələrdə genişləndiriləcəyini vəd etmişdi. O, həmçinin xatırladıb ki, danışıqlar zamanı Putin və Tramp arasında dəvət mübadiləsi aparılıb. Onun sözlərinə görə, hadisələrin dinamikası siyasətçilərin məhz onlardan nə vaxt istifadə etməyə qərar verəcəyini göstərəcək.

Fevralın 12-də ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, rusiyalı həmkarı ilə söhbət çox məhsuldar olub. Tramp daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Seçilən
46
50
cebheinfo.az

10Mənbələr