ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına niyə dəvət edilməməsi ilə bağlı sualı gözlənilməz cavab verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hələ 2020-ci ildə ABŞ-da keçirilənprezident seçkilərində Baydenə "stavka" qoyduğu üçün Trampın "gözündən düşən" Zelenski hazırda ikinci prezidentlik dönəmi yaşayan Tramp üçün "arzuolunmaz şəxs" statusundadır.
Tramp Zelenski və ya onun nümayəndəsinin Ər-Riyada niyə dəvət olunmaması barədə suala Ağ Evdə keçirdiyi mətbuat konfransında gözlənilməz cavab verib: "Bu gün eşitdim ki, "biz dəvət olunmuruq" deyirlər. Siz 3 ildir oradasınız, bunu 3 il əvvəl bitirməli idiniz. Ümumiyyətlə, savaşa heç vaxt başlamalı idiniz. Daha əvvəl Rusiya ilə razılaşmaq olardı. Bəli, biz Səudiyyə Ərəbistanında danışıqlara yaxşı başladıq, proses də normal davam edəcək. düzdür, bu savaşın başlamasında Co Bayden administrasiyasının da günühı böyükdür. Əgər onun yerində mən olsaydım, bu savaş olmayacaqdı. üstəlik, Ukrayna torpağının demək olar hamısı yerində qalacaqdı. Prezident Bayden isə bu məsələdə nə qədər səhv olduğunu bilmir. İndi Avropa liderləri Ukraynaya əsgər göndərməkdən danışır. biz ora çox uzaqdayıq. Bəli, elə bir sülhməramlı hərbçilərə ehtiyac olsa, buna etirazım yoxdur. Fransa buna çox çalışır. Bu, gözəl jestdir, əlbəttə. Ancaq məncə, Ukraynaya hərbçi göndərməyə ehtiyac qalmayacaq.
Qaldı Ukrayanın danışıqlara dəvətinə, hələ orada kimin səlahiyyət sahibi olduğu bəlli olmalıdır. Ukrayna dağılıb, bəzi şəhərləri Qəzzanı xatırladır, ölkədə seçki keçirilməyib. Ukraynada faktiki müharibə rejimi var və liderinin xalq arasındakı nüfuzu 4 faizdən çox belə deyil, yerlə birdir. Bəli, ölkədə uzun müddətdir seçkilər keçirilmir, xalq da Zelenskidən çox da razı deyil. Bu, Rusiya ilə bağlı deyil. Bu tələb məndən və bir çox başqa ölkələrdən gəlir. İnsanlar bundan beziblər. İnsanlar nəyinsə baş verdiyini görmək istəyir".
Bayden Ukraynaya indiyədək ABŞ-ın 350 milyard dollardan çox yardım etdiyini deyib: "Onlar bu yardımın hara sərf edildiyinin bizə ya hesabatını verməli, ya da həmin pulu geri qaytarmalıdır..."
Lamiyə Əhmədli
MİA.AZ