AZ

Markos Paulo “Atletiko”nu “Boavişta”ya dəyişdi

İspaniyanın “Atletiko” (Madrid) klubunun vingeri Markos Paulo bundan sonra karyerasını “Boavişta”da davam etdirəcək.

Arena.az xəbər verir ki, əslən Braziliyadan olan portuqaliyalı futbolçu La Liqa təmsilçisindən azad agent kimi ayrılaraq Portuqaliya klubuna keçib.

24 yaşlı vinger yeni klubu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Markos Paulo “Fluminense”nin yetirməsidir. “Atletiko” onu 2021-ci ilin iyulunda azad agent kimi heyətinə qatmışdı. Vinger Madrid klubunun əsas komandasında debüt şansı qazanmayıb. Buna onun daha çox digər klublara icarəyə göndərilməsi səbəb olub. Belə ki, Markos bu illər ərzində “Famalikan”, “Mirandes”, “San Paulo” və “Molenbek” kimi klublarda icarədə çıxış etmək məcburiyyətində qalıb.

Markos Portuqaliyanın U-18 və U-19 yığmalarında oynasa da, sonradan ona ehtiyac duyulmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Seçilən
45
arena.az

1Mənbələr