AZ

Tramp Azərbaycanda işləmiş şəxsi onunla əvəzlədi - Məqsədi nədir?

ABŞ Prezidenti Donald Tramp hind əsilli ekspert Pol Kapuru dövlət katibinin Cənubi Asiya üzrə müavini vəzifəsinə irəli sürüb. Pol Kapur yeni vəzifəsində Donald Lunu əvəz edəcək. Donald Lu vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində də çalışıb, təxminən bir il ərzində səfiri əvəz edib, müvəqqəti işlər vəkili olub. Donald Lunun hazırki vəzifədə səlahiyyət müddəti 17 yanvar 2025-ci ildə bitib.

Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O, yeni təyinatın nədən xəbər verdiyini belə izah edib.

"Pol Kapur Cənubi Asiya üzrə mütəxəssis sayılır. O, məşhur Stenford Universitetinin nəzdindəki Huver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər.

Seçilən
25
5
publika.az

6Mənbələr