AZ

Külək güclənəcək, yağış yağacaq – Sabahın havası


Azərbaycanda fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
“Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Seçilən
95
15
yeniavaz.com

10Mənbələr