AZ

G7 Xarici İşlər Nazirlərinin növbəti iclası martın 12-14-də Kanadada keçiriləcək

Yeddilik qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü martın 12-dən 14-dək Kanadada keçiriləcək. Bu barədə TASS-a daxil olan “Böyük Yeddilik”in xarici işlər nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda qeyd edilib.

Sənəddə deyilir: “Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”.

Kanada 2025-ci ildə G7-yə sədrlik edəcək.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
7
6
oxumeni.az

7Mənbələr